Qaynar xətt:

(+99450) 247 90 86

 Adəm Məmmədov həbs edilib 

KRİMİNAL

1158

05.03.2025, 14:16

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb.

Hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

A. Abbasov bildirib ki, A. Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi C. Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.